Əməkdar müəllim ilk dərs günü ilə bağlı valideynlərə müraciət etdi:" ...Sonra gec olar”

Əməkdar müəllim Almaz Həsrət ilk dərs günü ilə bağlı sosial media hesabında valideynlərə müraciət edib.  Onun müraciəti sosial şəbəkə istifaçiləri tərəfindən müsbət qarşılanıb. Sherg.az aktual olduğundan əməkdar müəllimin qeydlərini təqdim edir:

 “Hörmətli valideynlər, övladlarınızı, bizə əmanət etdiyiniz şagirdlərimizi bərabər qoruyaq. Onları əlavə dərslərlə, repetitor yanına göndərməklə, yarı ac-yarı tox, uzaq məsafələrə nəqliyyatla getməklə, təki ali məktıbə daxil olsun deyə yükləməyin!”

Pedaqoq vurğulayıb ki, şagirdlər əlavə dərs yükləməsindən sinirlərinə hakim ola bilmirlər. Onun sözlərinə görə, şagirdlərin hazırlıq müəllim sayını deyil, onlara sevgini artırmaq lazımdır: 

“Övladlarınızın uşaqlıqlarını, əsl məktəb həyatını əllərindən qoparmayın. İmkan verin öz həyatlarını istədikləri kimi rahat yaşasınlar. Əlavə dərs yükləməklə yormayın, yuxusuz qalmalarının ucbatındandır ki, sinirlərinə hakim ola bilmirlər. Övladlarınızı sevin, onlara diqqət və qayğınızı çoxaldın. Hazırlıq müəllim sayını deyil, sevginizi və övladınızla xoş anlarla dolu günlər keçirmə saatlarınızı artırın. Sonra gec olar”.