Fransa Azərbaycanın 17 hərbi əsiri Ermənistana qaytarmasını alqışlayır

Fransa Azərbaycanda saxlanılan 17 erməni hərbçinin Ermənistana təhvil verilməsini alqışlayır.

Bu barədə bu barədə Fransa səfiri Zakari Qross bildirib.

Onun sözlərinə görə, Azərbaycanın 17 erməni hərbçini təhvil verməsi bu gün Praqada keçiriləcək mühüm görüşlər ərəfəsində etimadın qurulmasına töhfə verəcək.

Diplomat vurğulayıb ki, bu, alqışlanacaq humanitar bir jestdir.