Kaladze: “Milli Hərəkat”da klanlar arasında partiyadaxili dava gedir"

“Milli Hərəkatda bir-birini hansısa kompromislərlə hədələyirlər, bu, klanlar arasında partiyadaxili davadır".

24News.ge xəbər verir ki, bu barədə “Gürcü Arzusu”nun baş katibi, Tbilisi meri Kaxa Kaladze bildirib.

Onun sözlərinə görə, baş verənlərə baxmayaraq hakim partiyanı “Milli Hərəkat”da baş verənlər maraqlandırmır:

“Bir şey aydın və göz qabağındadır, daxili konflikt var və ictimaiyyət qarşısında bundan çəkinmirlər. Onlar bir-birlərini bəzi kompromislərlə hədələyirlər və bu, klanlar arasında partiyadaxili mübarizədir. Düzünü desəm, “Milli Hərəkat”da hansı cərəyanların olması, kimin kiminlə, niyə mübarizə aparması, onların öz ixtiyarında olması bizi çox da maraqlandırmır. Bizim üçün ən vacibi işimizi görməkdir, çoxlu çətinliklər var və biz bu çağırışlara ləyaqətlə cavab vermək üçün əlimizdən gələni edəcəyik”.

Kaladze həmçinin, Saakaşvilinin səhhəti ilə bağlı sualları da cavabalandırıb. O, xarici həkimlərin Saakaşvilinin vəziyyətinin ağır olduğunu deyərkən yalan danışdıqlarını bildirib:

“Bəli, bəli, yalan danışırlar. Bu düzgün məlumat deyil. Bütün məhbusların müvafiq xidmətlərə çıxışı var. Ehtiyac olarsa, həkimlər cəlb olunurlar, baxmayaraq ki, Saakaşvili klinikaya köçürülüb və orada müalicə davam edir. Belə ki, hər hansı məhbusun bu istiqamətdə hər hansı ehtiyacı varsa, müvafiq qurum hər şeyi edəcək. Mən müvafiq xidmətə və müvafiq şöbəyə güvənirəm”, - deyə Kaxa Kaladze bildirib