Belarus rəsmisi: "Ukraynada xüsusi əməliyyatda dönüş noyabr-fevral aylarına təsadüf edə bilər"

“Ukraynada xüsusi əməliyyatda dönüş noyabr-fevral aylarına təsadüf edə bilər”.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu Belarus Dövlət Təhlükəsizlik Komitəsinin sədri İvan Tertel oktyabrın 11-də ölkəsində və xaricdə yaranan hərbi-siyasi vəziyyətdən danışarkən bildirib.
Onun sözlərinə görə, Rusiya keyfiyyətcə səfərbərlik keçirə bilərsə, qruplaşmalarını texniki vasitələr və qabaqcıl silahlarla təmin edərsə, o zaman hərbi əməliyyatlar əsas mərhələyə keçəcək: “Hesablamalarımıza görə, bu ilin noyabrından gələn fevral ayına qədər dönüş nöqtəsi olacaq”.