Ağ Ev: “Rusiya hələ Krım körpüsü parladılmamışdan əvvəl Ukraynaya aviazərbələr planlaşdırırdı”

“ABŞ hesab edir ki, Rusiya hələ Krım körpüsü partladılmamışdan əvvəl Ukraynaya kütləvi aviazərbələr planlaşdırırdı”.
Bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının mətbuat katibi Con Kirbi bildirib.
“Çox güman ki, bu, onların xeyli müddətdir planlaşdırdıqları bir şey idi. Krım körpüsündə baş verən partlayışın onların bəzi planlarını sürətləndirdiyini demək olmaz”, - deyə Kirbi qeyd edib.
Onun sözlərinə görə, bu miqyasda hücumları bir neçə günə planlaşdırmaq olmaz.
Mənbə: Yevropeyskaya pravda