Azərbaycan və Qırğızıstan prezidentlərinin görüşü başlayıb

Azərbaycan və Qırğızıstan Prezidentləri İlham Əliyev və Sadır Japarovun iştirakı ilə “Ala-Arça” dövlət iqamətgahında görüş başlayıb.
Qırğızıstan mətbuatı yazır ki, görüş Prezident İlham Əliyevin təntənəli qarşılanma mərasimindən sonra başlayıb.
Görüşün yekunu olaraq bir sıra sənədlər imzalanacaq, dövlət başçıları mətbuata bəyanatlarla çıxış edəcəklər.