İrlandiya rəsmisi: "Avropa Şurası Azərbaycanla Ermənistan arasında sülhün bərpası üçün əlindən gələni edəcək"

"Avropa Şurası Azərbaycanla Ermənistan arasında sülhün bərpası üçün əlindən gələni edəcək".
"Report"un Fransa bürosu xəbər verir ki, bunu İrlandiyanın Avropa məsələləri üzrə dövlət katibi Tomas Birn Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bu yaxınlarda Azərbaycanla Ermənistan arasında keçirilən danışıqlar tədqirəlayiqdir: "Ümid edirəm ki, yaxın vaxtlarda iki ölkə arasında sülh müqaviləsi imzalanacaq. Avropa Şurası da Azərbaycanla Ermənistan arasında sülhün bərpası üçün öz töhfəsini verməlidir və bunun üçün əlindən gələni edəcək".