Aİ-nin texniki qrupu bu gün Ermənistana gedəcək

Avropa İttifaqının texniki qrupu bu gün Ermənistana səfər edəcək.
“Report” xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qrupun məqsədi Ermənistan-Azərbaycan sərhədində yerləşdiriləcək Avropa İttifaqı missiyasının konkret yerlərini müzakirə etməkdir.