Ərdoğanla Tokayevin görüşündə “Turan” mesajı - VİDEO


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Qazaxıstan lideri Kasım-Jomart Tokayevin Astanada keçirilən birgə mətbuat konfransında maraqlı məqam müzakirələrə səbəb olub.
Belə ki, konfransda Tokayevin masasındakı su şüşəsinin üzərindəki “Turan” yazısı diqqət çəkib.
İzləyicilər sosial mediada yayılan görüntülərin siyasi mesaj ifadə etdiyi qeyd ediblər.
Ətraflı Baku TV-nin süjetində: