Səfir: “Azərbaycan İsrail üçün önəmli müttəfiqdir” - FOTO

“Azərbaycan İsrail üçün önəmli müttəfiqdir”.
“Report” xəbər verir ki, bunu İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Corc Dik Azərbaycan Dillər Universitetinin (ADU) tələbələri ilə görüşdə deyib.
Diplomat tələbələrə mühazirə oxumamışdan əvvəl ali məktəbin rektoru, akademik Kamal Abdulla ilə “Səfir saatı” layihəsi çərçivəsində bir araya gəlib.
İki ölkə arasında müxtəlif istiqamətlərdə olan əməkdaşlığı, o cümlədən, təhsil və elm sahəsində olan əlaqələri yüksək dəyərləndirən səfir bildirib ki, ADU ivrit dilinin öyrədildiyi yeganə ali məktəbdir:
“Bu universitetdə dilimizin yüksək səviyyədə tədrisi məni çox sevindirir. Tələbələrinizin ivrit dili biliyi yüksək səviyyədədir. Siz müəllimləriniz və tələbələrinizlə fəxr edə bilərsiniz. Azərbaycan Dillər Universiteti Azərbaycan-İsrail münasibətlərində bir körpüdür. İvrit dilini öyrənən tələbələr gələcəkdə iki ölkə arasındakı münasibətlərdə öz işlərini yüksək səviyyədə görəcəklər”.