Putin: "Ermənistanla Azərbaycan arasında sülh sazişi lazımdır, amma biz İrəvanı məcbur edə bilmərik"

"Ermənistanla Azərbaycan arasında sülh sazişi lazımdır, amma biz İrəvanı məcbur və ya diktə edə bilmərik".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin “Valday” beynəlxalq diskussiya klubunun plenar iclasında bildirib.

Putin qeyd edib ki, Rusiya Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanması ideyasını dəstəkləyir.