Səfirliyin açılması tarixi hadisədir

İsrail Azərbaycanın ən vacib tərəfdaşlarınfdan biridir

  "Ölkəmizin dost və müttəfiq İsraildə səfirlik açmaq təşəbbüsü doğrudan da tarixi hadisədir. Milli Həmrəylik Partiyası olaraq Azərbaycanın İsraildə səfirlik açması ilə bağlı qanun layihəsini dəstəkləyir və alqışlayırıq". Bu barədə Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov deyib. Partiya rəhbəri qeyd edib ki, İsrail Azərbaycanın ən vacib tərəfdaşlarından biridir: "Qonşumuz və dindaşımız İrandan fərqli olaraq bu ölkə hər zaman Azərbaycanın haqq işinə dəstək verib, ərazi bütövlüyümüzü dəstəkləyib, 44 günlük müharibə zamanı öz siyasi dəstəyini bizdən əsirgəməyib. Səfirlik açmaq qərarı sıradan bir hadisə deyil. Hesab edirik ki, bu addım ölkələrimizi daha da yaxınlaşdıracaq. İki ölkə arasında münasibətlər daha da dərinləşəcək, eyni zamanda xalqlarımız, insanlarımız arasında da əlaqələr genişlənəcək. Ölkəmizin beynəlxalq nüfuzu və siyasi çəkisi daha da artacaq. Azərbaycan İsrail ilə müsəlman ölkələri arasında siyasi-diplomatik körpülərin qurulmasında açar ölkə rolunu oynayacaq. İsraildə açılacaq Azərbaycan səfirliyinin fəaliyyəti xalqlarımız üçün xeyirli-uğurlu olsun!".