Almaniyadakı azərbaycanlılar İran hakimiyyətinin istefası tələbi ilə bağlı aksiya keçirəcək

Almaniyada yaşayan azərbaycanlılar İrandakı hakimiyyətin istefası tələbi ilə aksiya keçirəcəklər.
Bu barədə “Report”un Avropa bürosuna “Almaniyadakı Azərbaycan İcması”ndan məlumat daxil olub.
İcmadan bildirilib ki, aksiya dekabrın 17-si, şənbə günü, saat 13:00-da, Brandenburq Qapıları önündə baş tutacaq.
Belə ki, onlar İranda baş verən hadisələrin fonunda, orada yaşayan və öz haqları uğrunda mübarizə aparan 40 milyondan çox azərbaycanlıya dəstək nümayiş etdirmək məqsədilə Berlində aksiya keçirmək qərarına gəliblər.
İcmadan qeyd edilib ki, aksiya ilə bağlı hüquqi məsələlər “Almaniyadakı Azərbaycan İcması”nın İdarə Heyəti tərəfindən həll edilib.