Politoloq: "Qarabağda anti-terror əməliyyatları…" - Sülh imzalanmayacaq!

"2023-ün gərgin il olacağını indidən söyləmək olar".

"Sherg.az" xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu deyib. 

Analitik bildirib ki, hadisələrin gedişatı göstərir ki, Azərbaycanla Ermənistan arasında gərginlik 2023-cü ildə də azalmayacaq: 

"Sülh sazişinin imzalanması ehtimalı yüksək deyil. Qarabağda erməni separatçılarına qarşı ünvanlı anti-terror əməliyyatları mümkündür. Eyni ilə gələn il Rusiya ilə Ukrayna arasında razılaşma çətin görünür. Müharibə davam edəcək, hər iki tərəfdən itkilər artacaq. Qonşu İranda daxili qarşıdurma azalmayacaq. Toqquşmalar fərqli formalar alacaq. Bu sıraya Qərbin Rusiyaya qarşı yeni sanksiyalarını, enerji böhranını, dünyada artan inflyasiyanı və pandemiya ilə mübarizənin davamını aid etmək lazımdır".