Vardanyandan etiraf: Xankəndidə ermənilərin “blokada”da qalması tezisləri alt-üst oldu - FOTO

Özünü Qarabağ separatçılarının “dövlət naziri” elan edən milyarder Ruben Vardanyan Xankəndidə yaşayan ermənilərə humanitar yardım göstərildiyini etiraf edib.
Oxu.Az-ın məlumatına görə, erməni əsilli Rusiya vətəndaşı bu baradə “Byline Times”a müsahibəsində danışıb.
“Biz Qırmızı Xaç Cəmiyyətindən və Rusiya sülhməramlılarından azuqə alırıq”, - deyə o, bildirib.
Beləliklə, Vardanyan Xankəndidə yaşayan ermənilərin “blokada”da olduğu barədə tezisləri təkzib edib.

Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə öz bəyanında ABŞ-nin ATƏT-dəki sədrinin “blokada” və “humanitar vəziyyət” haqqında yalan xəbərlərə aldandığını bildirib. 
“Əgər Laçın yolu bağlı olsaydı, oradan heç bir avtomobil keçməzdi”, - deyə A.Hacızadə “Twitter” hesabında yazıb.