Kremldən Ermənistanın KTMT təlimlərini keçirməsindən imtina etməsinə REAKSİYA 

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistanın baş naziri Nikol Paşinyanın 2023-cü ildə ölkəsində keçiriləcək KTMT təlimlərinin məqsədəuyğun olmaması ilə bağlı bəyanatına münasibət bildirib.
Onun sözlərinə görə, bu, detalların aydınlaşdırılmasını tələb edən bəyanatdır:
“Bu, Ermənistanın baş nazirinin yeni bəyanatıdır. Düşünürəm ki, KTMT-dən olan həmkarlar əlaqə saxlayacaq, Ermənistanın mövqeyinin təfərrüatına aydınlıq gətirəcəklər”.

Eyni zamanda, o xatırladıb ki, belə bir dəqiqləşdirmənin nəticələrindən asılı olmayaraq, Ermənistan Rusiyanın ən yaxın müttəfiqləri sırasında qalır və onunla dialoq davam etdiriləcək.

Mənbə: Mk.ru