Saakaşvilinin tərəfdarları ayağa qalxdı - Mitinq başlayır

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin lideri olduğu Vahid Milli Hərəkat Partiyası boykot edib.
Bakupost.az Gürcüstan KİV-ə istinadla xəbər verir ki, partiyanın üzvləri eks-prezidentin azadlığa buraxılmasını tələb edir.
Deputat Levan Bejaşvili bildirib ki, parlamentin fəaliyyətini boykot etmək üçün digər müxalifət fraksiyaları ilə məsləhətləşmələr aparılır.
Həmçinin Vahid Milli Hərəkat Partiyası yaxın saatlarda Tbilisinin mərkəzində, Dövlət Dəftərxana binasının yaxınlığında Saakaşvilinin həbsdən azad edilməsi tələbi ilə kütləvi aksiya keçirmək niyyətindədir.