XİN:“Türkiyədən Azərbaycan vətəndaşlarını daşıyan iki avtobus yola düşüb”

“Türkiyənin zəlzələ baş verən bölgəsindən azərbaycanlıları təxliyə edən 2 avtobus artıq yola düşüb, təxliyə başlanıb”.
Bunu APA-ya açıqlamasında Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.
O bildirib ki, hazırda zəlzələ bölgəsində yaşayan azərbaycanlıların siyahısının dəqiqləşdirilməsi davam edir.