Erkin Qədirli Kiyevə gedir

Milli Məclisin deputatı Erkin Qədirli fevralın 23-də Ukraynanın paytaxtı Kiyevə səfər edəcək.

Bu barədə "Report"a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, Ukrayna tərəfinin dəvəti ilə gerçəkləşən səfər çərçivəsində Erkin Qədirli Ukrayna Ali Radasında olacaq, burada həmkarları ilə fikir mübadiləsi aparacaq.

Səfər fevralın 25-də başa çatacaq.