Paşinyan ABŞ səfiri ilə Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edib

Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ-nin yeni səfiri Kristina Kuinni qəbul edib.
Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, görüş zamanı Azərbaycan-Ermənistan münasibətləri də müzakirə olunub.
Həmçinin, tərəflər ümumilikdə regiondakı vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.