Türkiyə İran, Britaniya və Qazaxıstana yeni səfir təyin edib

Türkiyə bir neçə ölkəyə yeni səfir təyin edib.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, ölkə başçısının imzaladığı qərar “Resmi Gazete”də dərc olunub.

Belə ki, Hicabi Kırşığı Türkiyənin İrandakı, Mustafa Kapucu Qazaxıstandakı və Osman Koray Ertaş Böyük Britaniyadakı yeni səfiri olaraq təyin olunub.