İrandan Azərbaycana qarşı növbəti təxribat: Sərhəddə hərbi marş - VİDEO

Araz çayının sahilində - İran-Azərbaycan sərhədində iranlı məktəblilər “Salam, komandir” hərbi marşını səsləndiriblər.
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.
Qeyd edilir ki, İranın Araz Azad İqtisadi Bölgəsində təhsil alan məktəb şagirdləri 1941-ci ilin sentyabrında burada guya təcavüzkarların hücumuna müqavimət göstərmiş üç şəhid iranlı əsgərin məzarı yanında “Salam, fərmandeh” (komandir) hərbi marşını (Xameneiyə həsr olunub) ifa ediblər.

Telegram Widget
Media is too big
VIEW IN TELEGRAM
🇮🇷🇦🇿İrandan Azərbaycana qarşı növbəti təxribat: Azərbaycanla sərhəddə “Salam komandir” hərbi marşını səsləndirdi

“Fars News” xəbər verir ki, dünən, martın 14-də Araz çayının sahilində və İran-Azərbaycan sərhədinin sıfır nöqtəsində İranın Araz Azad İqtisadi bölgəsində təhsil alan məktəb şagirdləri 1941-ci ilin sentyabrında burada guya təcavüzkarların hücumuna müqavimət göstərmiş üç şəhid iranlı əsgərin məzarı yanında “Salam fərmandeh” (komandir) hərbi marşını (Xameneiyə həsr olunub) ifa ediblər.