Ermənistanın müdafiə naziri Rusiyaya meydan oxudu

Ermənistanın müdafiə naziri Suren Papikyan yenidən Rusiya əleyhinə bəyanatı ilə gündəmə gəlib.
Bakupost.az erməni KİV-ə istinadla xəbər verir ki, o, bu barədə bu gün Ermənistan parlamentində danışıb.
"Lazım gəlsə, hətta İblislə də əməkdaşlığa hazıram. Yetər ki, bu, ordumuza bir az da olsa, fayda gətirsin", - Suren Papikyan deyib.
Eyni zamanda, o, Rusiyaya işarə edərək, dediklərini bu fikri əlavə edib: "Beşinci kolon” ​​bu siyahıya daxil deyil".