Laçında SSRİ bayrağını kim qaldırıb? 

Rusiya sülhməramlı kontingentinin Laçının Turşsu kəndi istiqamətindəki müşahidə məntəqəsində 32 ildir dünya xəritəsində olmayan bir dövlətin - SSRİ-nin gerbi əks olunmuş qırmızı bayraq qaldırılıb.
Bakupost.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə foto və məlumat paylaşılıb.
Ancaq bir qədər sonra bayraq oradan götürülüb.
SSRİ bayrağının həmin ərazidə Rusiya sülhməramlıları tərəfindən qaldırıldığı güman olunur.