Polşalı həkimlər Saakaşvilini müayinə edəcək

Polşalı həkimlərə Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilini müayinə etməyə icazə veriblər.
Bakupost.az xəbər verir ki, bu barədə “Azadlıq” radiosunun əməkdaşı Rikard Yozvyak bildirib. Lakin o, Polşadan həkim qrupunun Gürcüstana göndərilməsinin vaxtının bəlli olmadığını bildirib.
Jurnalist vurğulayıb ki, söhbət Saakaşvilinin hansısa xəstəxanaya və ya ölkə köçürülməsindən deyil, yalnız müayinəsindən gedir.