Bakı ilə İrəvan arasında sülh bu şəhərdə imzalana bilər

Budapeşt Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanacağı məkan ola bilər.
Axar.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər və xarici ticarət naziri Peter Siyarto bu gün “İrəvan dialoqu” forumunda deyib.
“Mənim hər iki tərəflə son danışıqlarım zamanı belə bir variant da nəzərdən keçirildi ki, Budapeşt sülh sazişinin imzalanacağı məkan ola bilər. Hesab edirəm ki, bu, göstərə biləcəyimiz mühüm yardımdır”, - o bildirib.