Sünnət dərisi ilə cavanlaşdırma, döymə və çil kimi müxtəlif estetik əməliyyatlarla qarşılaşdığımız bu günlərdə məşhur olan başqa bir təcrübə var. Bu, kornea döyməsi olaraq da bilinən göz rənginin dəyişdirilməsi əməliyyatıdır.
İlk ağlımıza niyə və nə üçün sualları gəlsə də, bu üsula üstünlük verənlər də var. Göz rənglərinin maviyə çevrilməsinin nəticəsi bəziləri üçün təsirli olsa da, “Bu nə dərəcədə sağlamdır?” sualı barədə düşünməyə bilmirik.
Həkim-oftalmoloq Qurban İsmayılov "Sherg.az"a açıqlamasında bildirib ki, buynuz qişa gözün ön hissəsidir:
''Buynuz qişaya möhkəmlik verən böyük stroması mövcuddur. Həmin bölgəyə mərkəzi zona saxlanılmaqla müxtəlif bucaqlardan rənglər vurulur. Beləliklə buynuz qişa rənglənir. Yəni, gözün rəngi dəyişir. Bu əməliyyatlar zamanı baş verən toksiki dəyişikliklər və iltihab isə insanın görmə qabiliyyətinin təmamilə itməsinə gətirib çıxara bilər. Qeyd edim ki, göz rənginin dəyişdirilməsinin bu təhlükəli üsulları əksər ölkələrdə qadağandır və xəstələri qorumaq üçün tətbiq edilmir''.