Çavuşoğlu ilə Bayramov arasında telefon danışığı... 

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
XİN başçıları regional məsələləri, Cənubi Qafqaz bölgəsindəki son vəziyyəti, Türkiyədə baş vermiş dağıdıcı zəlzələdən sonrakı bərpa proseslərini müzakirə ediblər.
Mənbə: Sondakika.com