Ukrayna tezliklə AB-yə daxil olmayacaq - Yunker

Ukrayna tezliklə Avropa Birliyinə qəbul edilməyəcək.

Axar.az xəbər verir ki, bunu Avropa Komissiyasının keçmiş sədri Jan-Klod Yunker deyib.

“Ukrayna yalnız münaqişə bitdikdən, eləcə də bütün zəruri islahatlar həyata keçirildikdən sonra Avropa Birliyinə üzv ola biləcək. Uzunmüddətli perspektivdə Ukrayna AB-yə daxil olacaq”, - Yunker bildirib.

Onun sözlərinə görə, Avropa Rusiya və Çinlə əlaqələri saxlamalı, danışıqlara hazır olması barədə siqnal verməlidir.