Nazir: “Bosniya və Herseqovina təbii fəlakətlərlə mübarizədə Azərbaycanla əməkdaşlıq edəcək”

“Azərbaycan ilə təbii fəlakətlərlə mübarizə üzrə sazişin imzalanması Bosniya və Herseqovina üçün çox vacib əhəmiyyətə malikdir”.
"Report" xəbər verir ki, bunu Bosniya və Herseqovinanın təhlükəsizlik naziri Nenad Neşiç Bakıda Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov ilə görüşündə deyib.
“Bu saziş ölkələr arasında təhlükəsizlik sahəsində əməkdaşlıq üçün yeni şərait yaradır”, - o əlavə edib.
Nazirin sözlərinə görə, Bosniya və Herseqovina təbii fəlakətlərin tez-tez baş verdiyi bölgədə yerləşir: "Demək olar ki, hər il ölkədə yanğınlar baş verir. Bu baxımdan, təhlükəsizlik məsələləri və fövqəladə hallarla mübarizə ölkə üçün prioritet məsələdir".
Nenad Nesiç qeyd edib ki, fövqəladə hallar baş verdikdə ölkələr bir-birinə kömək etməlidir.