Deputat təklif verdi: "Azərbaycanla Türkiyə Avropa Birliyi modelində bir birlik yaratmalıdır"

  "Azərbaycan və Türkiyə münasibətləri daha yüksək səviyyəyə qaldırılmalıdır". 
Sherg.az xəbər verir ki, bunu Milli Məclisin iclasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib. 

Deputat bildirib ki, Azərbaycan dövləti türk dövlətlərinin inteqrasiyasına, türk dövlətlərinin təşkilatlarının yaranmasına xüsusi töhfə verib. Əlbəttə, biz, bu protokolu təsdiq etməliyik və bunu alqışlayırıq. Hesab edirəm ki, Azərbaycanla Türkiyə Avropa Birliyi modelində bir birlik yaratmalıdır. Vahid valyuta, vahid gömrük siyasəti, gömrük sərhədləri olmalıdır. Gələcəkdə bura digər türk respublikaları və slavyan respublikaları da qoşula bilər. Biz bu istiqamətdə ciddi şəkildə çalışmalıyıq. Bu, iqtisadiyyatımızın inkişafına töhfə verər. Həm də bizim təhükəsizliyimizi təmin etmiş olar”.