Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Co Baydenlə telefon danışığı aparıb.
"Sherg.az" xəbər verir ki, görüşdə Ukraynanın NATO-dakı mövqeyi, İsveçin NATO-ya üzvlüyü, F-16-ların təhvil verilməsi və Türkiyənin Aİ-yə tam üzvlük prosesi müzakirə edilib.
Liderlər Vilnüsdə təkbətək görüş keçirmək və Türkiyə-ABŞ ikitərəfli münasibətləri və regional məsələləri ətraflı müzakirə etmək barədə razılığa gəliblər. Prezident Rəcəb Tayyib Ərdoğan İsveçin antiterror qanunvericiliyində dəyişiklik edərək düzgün istiqamətdə bəzi addımlar atdığını, lakin terror təşkilatı PKK/PYD/YPG tərəfdarlarının terroru tərifləyən nümayişləri sərbəst şəkildə davam etdirdiyini və bunun atılan addımları puç etdiyini bildirib.
Mənbə: Hüriyyet