Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğan sosial media hesabında Litvada keçirilən NATO Zirvəsi ilə bağlı paylaşım edib.
"Sherg.az" xəbər verir ki, Əminə Ərdoğan tvitter hesabında bu ifadələri yazıb:
"Litva NATO Sammitindən sevgi, söhbət və xoş xatirələr qaldı.
Arzu edirəm ki, Zirvə görüşü ölkəmizə və dünyaya xeyir-dua gətirsin və ümid edirəm ki, ölkələr arasında dostluq və qardaşlığın möhkəmlənməsinə vəsilə olacaq".