Ərdoğan çexiyalı həmkarı ilə müzakirə aparıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çexiyalı həmkarı Petr Pavellə telefonla danışıb.

“Report” xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiya R.T.Ərdoğanın mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, liderlər rəsmi Ankaranın Avropa İttifaqına (Aİ) üzvlük məsələsini müzakirə ediblər.