Ərdoğan Türkiyədə sabitliyi pozmaq istəyən qüvvələrə xəbərdarlıq edib

“Türkiyə 2016-cı ildə dövlət çevrilişi cəhdini unutmayacaq və xarici qüvvələrin ölkədə sabitliyi pozmağa yönəlmiş planlarının həyata keçirilməsinə imkan verməyəcək”.

“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulun Bəylərbəyi stadionunda keçirilən “Türkiyə Əsrinin Qəhrəmanları” proqramında çıxışı zamanı söyləyib.

“15 iyul dövlət çevrilişinə cəhdi nə bu gün, nə də 7-70 ildən sonra biz özümüz unutmayacağıq və başqalarına da unutdurmayacağıq. Biz də millətimizə qarşı hər hansı məkrli ssenarinin reallaşmasına imkan verməyəcəyik”, - deyə o qeyd edib.

Ərdoğan vurğulayıb ki, çevriliş günlərində Türkiyə bütün dünyaya nümayiş etdirdi ki, “bütöv, bir ürək ola bilər”.

“Bizim tərəfimizdə 85 milyon insan var, göstərdik ki, milli iradəni tüfənglə, tankla, təyyarə ilə qazanmaq olmaz. Biz bir daha bütün işğalçılara xatırlatdıq ki, Türkiyə ələ keçirilə bilməz. 15 iyul bizim üçün şərəf günü, müstəqilliyimizin elan olunduğu gün idi”.