Zelenski Azərbaycan Prezidentinə təşəkkür edib

Ukrayna Prezidenti Vladimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

APA xəbər verir ki, bununla bağlı Ukrayna dövlət başçısı "Twitter"də paylaşım edib.

“Mən Azərbaycan Prezidenti İlham Əliyevə Ukraynanın ehtiyacı olan enerji avadanlıqlarının alınmasına yardımın ayrılması qərarına görə minnətdaram. Dost Azərbaycanın bu dəstəyi təcavüzkarın ardıcıl hücumları qarşısında Ukrayna enerji kompleksinin davamlılığını təmin etmək üçün vacibdir. Biz Ukraynanın enerji sistemini qışa hazırlamaq üçün tərəfdaşlarımızla fəal işləməyə davam edirik” – Zelenski qeyd edib.