Putin Ukraynanın hücumundan danışıb

Ukrayna on minlərlə insanını itirib, ölkənin səfərbərlik potensialı, demək olar ki, tükənib, Qərbin arsenalları tükənir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu fikirləri Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə müşavirədə bildirib.

Onun sözlərinə görə, Ukraynanın əks-hücumu nəticə verməyib.

“Kiyevin Qərbdəki kuratorları əks-hücumun nəticələrindən açıq şəkildə məyusdurlar. Qərb görür ki, onların təriflədikləri texnikaları mükəmməl yanır və hətta müəyyən mənada sovet maşınlarına da uduzur. Ukrayna sakinlərinin rəyi Avropada olduğu kimi yavaş-yavaş dəyişir, onlar ayılırlar", – Putin vurğulayıb.