Rusiya Prezidenti: “ABŞ Avropanı zəiflətməyə və Ukraynadakı münaqişəni uzatmağa çalışır”

“ABŞ Avropanın mövqelərini zəiflətmək və Ukrayna münaqişəsini uzatmaq vasitəsilə faydalar əldə etmək məntiqi ilə hərəkət edir”.

“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasının iclasında deyib.

O bildirib ki, həm avropalılar, həm də Avropa elitasının nümayəndələri görürlər ki, Ukraynaya dəstək Avropanın deyil, başqalarının maraqlarına xidmət edir: “Söhbət Avropanın zəifləməsindən faydalanan okeanın o biri tərəfindəki qlobal hegemonun maraqlarının qorunmasından gedir. Ukrayna münaqişəsinin sonsuza qədər uzanması onun üçün faydalıdır”.