İyulun 28-də Ermənistanın Baş naziri Nikol Paşinyanın Basarkeçərə (Vardenis) səfəri gözlənilir.
Bu barədə “Hraparak” qəzeti məlumat yayıb. Məlumata görə, səfərin gündəliyi məlum deyil: “Təhlükəsizliyin təmin edilməsi üçün hazırlıq işləri aparılır”. Qeyd edək ki, Basarkeçər Azərbaycanla sərhəddə yerləşir.
Politoloq Samir Hümbətov "Sherg.az"a açıqlamasında bildirib ki, Nikolun son açıqlamasına görə, Azərbaycanla sülh danışıqlarına getməyə hazırdır. Lakin bunun üçün əhalidən də dəstək almalıdır:
"Şərti dövlət sərhədində Ermənistan tərəfi təxribatlar törədirdi. Sosial şəbəkənin erməni seqmenti həmin sərhəddə yaşayan sakinlər Paşinyana qarşı narazılıqlarını ifadə edirdilər. Guya azərbaycanlı əsgərlər onları incidir, yaxud onlar yaxında olduqları üçün qorxurlar. Paşinyan bütün bunları nəzərə alaraq ora səfər edir ki, əhalinin ağzını yumsun. Sülh danışıqları yekunlaşana qədər referenduma da getməlidir, bəzi maddələr dəyişilməlidir. Sülh müqaviləsinin referenduma çıxardıb təsdiqlətməlidir. Hamısı sadə vətəndaşlardan alacağı səslər hesabına olacaq. Paşinyanın Basarkeçərə sakinləri razı salmaq, aydınlaşdırmaq məqsədi daşıyır. Bir az da "mən burdayam" demək istəyir. Səfərdən sonra camaatın Paşinyanın başına oyun gətirib-gətirmədiyini biləcəyik. Kəlbəcərlə sərhəddəki Zod qızıl mədəninə səfəri isə çətin məsələdir, ora qorunma şəraitindədir. Əgər getmək niyyəti də varsa, təhlükəli məqam yaranar. Paşinyan özünü çətinliyə salmaz".