Sarıgül dəyişiklik istəyənlərə qarşı: "Kılıçdaroğluna çox ehtiyacımız var"

CHP 38-ci  qurultayına addım-addım yaxınlaşır, “dəyişiklik” mövzusunda müzakirələr isə davam edir. Dəyişiklik istəyənləri tənqid edən CHP Ərzincan millət vəkili Mustafa Sarıgül CHP və Kılıçdaroğlunu müdafiə edib.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, Mustafa Sarıgül,  "CHP-nin iqtidara gəlməsi üçün çalışmayanlar idarəçi olmaq üçün yarışa çıxdılar. CHP-yə və Kılıçdaroğluna hər zamankindən daha çox ehtiyacımız var. Biz karyera həvəskarı deyilik, Türkiyə aşiqiyik" deyə bildirib.

Sarıgülün "Heç kim özünü partiyadan yuxarı görməsin. Heç kim aldığı səsləri öz hesabına yazmasın. Partiyamız güclüdürsə, biz də güclüyük" sözləri diqqət çəkib.