Kreml: “Ermənistan-ABŞ hərbi təlimləri narahatlıq doğurur”

“Ermənistan-ABŞ hərbi təlimləri narahatlıq doğurur”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov Ermənistanın ABŞ-la hərbi təlimlər keçirmək planlarına münasibət bildirərkən deyib.

“Əlbəttə, belə xəbərlər, xüsusən də indiki vəziyyətdə narahatlıq doğurur. Buna görə də biz bu xəbərləri dərindən təhlil edəcəyik və vəziyyəti diqqətdə saxlayacağıq”, - o vurğulayıb.

Xatırladaq ki, sentyabrın 11-dən 20-dək Ermənistan ərazisində Ermənistan-ABŞ birgə hərbi təlimləri keçiriləcək.