Zelenski: “Donetsk vilayətinə raket hücumu nəticəsində 16 nəfər ölüb”

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Donetsk vilayətinin Konstantinovka şəhərinə raket hücumu nəticəsində azı 16 nəfər ölüb, 20 nəfər yaralanıb.

“Report” “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkələrdə məlumat verib.

“İndiyə olan məlumata görə, bu gün Rusiya Silahlı Qüvvələrinin artilleriyası Donetsk vilayətinin Konstantinovka şəhərində 16 nəfəri öldürüb. Yaralananlar çoxdur. Təəssüf ki, ölənlərin və yaralıların sayı arta bilər”, - o qeyd edib.