Paşinyan geri çəkildi - RƏY

Baş nazir Qarabağdakı ermənilərdən də tələb edir ki, Azərbaycanla anlaşsınlar
  
"Ermənistan Baş naziri Nikol Paşinyan Qarabağ daxil olmaqla Azərbaycanın 86.6 min kvadrat kilometr ərazisini tanıdığını vurğulayıb". 

Bu sözləri "Sherg.az"a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. Ekspert bildirib ki, Paşinyanın Azərbaycanın "sərhədə ordu yığması" iddiası ilə bağlı dövlət başçılarına şikayət də müsbət nəticə vermədi: "Hətta Fransanın Ermənistana siyasi dəstəyi də proseslərə təsir etmədi. Amma Ermənistan çalışırdi ki, Qərbin siyasi dəstəyini alaraq Azərbaycana qarşı hərbi əməliyyatlar keçirsin. Baş nazirin növbəti dəfə Azərbaycanın Qarabağ daxil olmaqla ərazi bütövlüyünü tanıdığını elan etməsi onun geri çəkildiyini göstərir. Həmçinin Qarabağdakı ermənilərdən də tələb edir ki, Azərbaycanla anlaşsınlar. Ermənistan reallıqları qəbul etmək məcburiyyətindədir. Ermənistana Qərbdən dəstək verilmədi. Artıq İran da Ermənistanın apardığı siyasətdən narazılığını siyasi leksikona gətirib. Ermənistan rəhbərliyinə Türkiyə və Azərbaycan tərəfindən ciddi təzyiqlər, Qərbin dəstək verməməsi Paşinyanın geri çəkilməsi ilə nəticələndi. Azərbaycan ilin sonunadək silahlı erməni birləşmələrinin ləğvini həyata keçirəcək. Qarabağdakı separatizmin axır günlərini yaşadığını Rusiya rəhbərliyi də qəbul edib".