Paşinyan AB-nin xüsusi nümayəndəsi ilə görüşdü

Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarla görüşüb.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan hökumətindən məlumat verilib.

Məlumata görə, tərəflər Qarabağdakı hərbi-siyasi vəziyyəti müzakirə ediblər.

Görüşdə Qarabağ əhalisinin təhlükəsizliyinin və hüquqlarının təminatının vacibliyi qeyd edilib. Tərəflər Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətə də toxunublar.