Blinken: “Rusiya-Şimali Koreya hərbi əməkdaşlığı bütün dünyanı təhdid edir”

“Rusiya ilə Şimali Koreya arasında hərbi əməkdaşlıq bütün dünya üçün təhlükə yaradır”.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Antoni Blinken bildirib.

“Biz Rusiya-Şimali Koreya hərbi əməkdaşlığının qlobal sülh və təhlükəsizliyi təhdid etdiyi istiqamətləri digər müttəfiqlərlə müzakirə edirik”, - o bildirib.

Onun fikrincə, Rusiya ümidsiz şəkildə “avadanlıq, təchizat, texnologiya”, Şimali Koreya isə raket proqramlarını gücləndirmək və inkişaf etdirmək üçün kömək axtarır.