Ərdoğan: "Naxçıvanın Türkiyə üçün strateji önəmi var"

Naxçıvanın Türkiyə üçün strateji önəmi var.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra açıqlamasında bildirib.
O qeyd edib ki, əldə olunan razılaşmalara əsasən Naxçıvan Türkiyə ərazisi vasitəsilə tam olaraq qaz ilə təmin ediləcək.