"Erməni revanşistlər Qarabağ iddiasını daim diri saxlamağa çalışacaqlar"  - Politoloq

"Ermənistanın keçmiş müdafiə naziri, Koçaryanın partiyasının parlamentdəki fraksiya sədri Seyran Ohanyan deyir ki, “ermənilər Qarabağa ev sahibi kimi qayıtmalıdır”. Bunun üçün o təklif edir ki, erməni xalqı vahid şəkildə birləşməli, “beynəlxalq səviyyədə tanınmış formatda danışıqlar tezliklə bərpa edilməlidir”. Yəni Minsk qrupu yenidən işə düşməlidir və s. və ilaxır".

Sherg.az xəbər verir ki, bu sözləri politoloq Asif Nərimanlı deyib. Onun sözlərinə görə, Bakı-İrəvan xəttində məsələ olmaqdan çıxan Qarabağ mövzusu Ermənistanın daxili siyasətində iqtidar-müxalifət məsələsinə çevrilib:
"Ohanyan dedikləri də firqə davasından qaynaqlanır. Lakin erməni revanşistlərin – daşnakların Qarabağ iddiasını daim diri saxlayamağa çalışacağı və şəraitin yaranacağı günə qədər gözləyəcəkləri də bəllidir. Ermənistanda onların qarşısını alacaq yeganə tərəf isə hələki Paşinyandır.