Əliyevdən siyasət dərsi: Erməni yepiskopdan Paşinyana mesaj

Dünyanın qovşağı ilə bağlı bəyanatlarımızı bildirdiyimiz Azərbaycan Prezidenti İlham Əliyevin ritorikasına gəlincə, deyə bilərəm ki, Əliyev çox düzgün edir.
Bunu Ermənistanın Şirak yeparxiyasının rəhbəri, yepiskop Mikael Acapaxyan deyib.
“Əliyev bizə yaxşı dərs verir. O, bizə qalib olan vaxt - 1994-cü ildə necə addım atıb, hansı işləri görmədiyimizi göstərir. Prezident Əliyev deyir ki, qalib heç vaxt dayanmaz. Dayansa da, hansısa ölkənin tələbi ilə deyil, ancaq öz istəyi ilə dayanar. Əlbəttə, Əliyev öz tələblərini getdikcə daha yumşaq ifadə edəcək, lakin bu istəklər zamanla daha sərt olacaq. Azərbaycan Prezidenti anklavlar tələb edəcək, dəhliz tələb edəcək, türklərin Ermənistana qaytarılmasını tələb edəcək və s.”, - o bildirib.
Mikael Acapaxyanın fikirlərinə münasibət bildirən  tanınmış jurnalist, siyasi -şərhçi Fuad Abbasov "Sherg.az"a söyləyib ki, o Ermənistan ictimaiyyətinin düşüncələrini səsləndirir:  

“Mikael Acapaxyan belə fikirləri dilə gətirən nə ilk nədə son insandır. Bundan sonra da Ermənistanda Azərbaycandan bu və ya digər dərslərin alınması yönündə düşüncələr söylənəcək. Çünki İrəvan hökuməti müharibəni qazanmış və özünü qalib sayan Koçaryan və Sarkisyanın hakimiyyəti altında çox gerilədi. Uzun illərdən bu yana Rusiyanın təsirləri altında qalan Ermənistanın bütün sahələri  Kremlin nəzarəti altına keçdi. Rusiya Ermənistanın sahibi funksiyasını yerinə yetirirdi. İlham Əliyevdən dərs almaq məsələsində isə, müxtəlif ölkələrlə balanslaşdırılan siyasət aparmaq mənasına gələn dərsdən bəhs olunur. Mikael Acapaxyan  bu dərsin alınmasını erməni ictimaiyyətinin adından Paşinyan və komandasına mesaj göndərir”.