Fransanın Kremlin yerini doldurmaq cəhdi: Ermənistan Qərbin tramplininə çevrilir

Fransanın Ermənistana silah verməsi bir neçə məqsəd daşıyır.
Bu sözləri rusiyalı politoloq Vitali Arkov Fransanın Ermənistana 21 ədəd “Bastion” zirehli texnikası göndərməsi haqda deyib.
“Birincisi, təbii ki, bu, Azərbaycan və Türkiyə üzərində sövdələşmə və təzyiq predmeti formalaşdırmaq cəhdidir. İkincisi, getdikcə aydın olur ki, Ermənistan Qərb tərəfindən İrana qarşı mümkün müharibə üçün tramplinlərdən biri kimi istifadə olunur. Bəli, biz bilirik ki, Tehran İrəvanı fəal dəstəkləyir və bununla bağlı hətta Bakı ilə münasibətləri gərginləşdirməyə də gedib. Amma digər tərəfdən, biz bilirik ki, Ermənistanın indiki rəhbərliyi necə “minnətdar” olmağı bilir. Əgər Paşinyan erməni xalqını və milli maraqlarını Qərbə satıbsa, o zaman İranla dostluqdan danışmağa ehtiyac yoxdur. Üçüncüsü, bu, Ermənistanda KTMT-ni NATO ilə əvəz etmək üçün davam edən cəhddir. Söhbət Ermənistanın Alyansa daxil edilməsindən getmir - bu, yaxın gələcəkdə baş verməyəcək. Amma aydın məqsəd var ki, Rusiya Ermənistandan, ümumiyyətlə, Cənubi Qafqazdan sıxışdırılsın, Qərb gələcəkdə eynilə Ukraynada olduğu kimi, İrəvandan öz mülahizəsinə uyğun istifadə etsin. Dördüncüsü, unutmayaq ki, həm Ermənistan rəhbərliyi, həm də Fransa rəhbərliyi heç də ləyaqətli deyillər. Buna görə də Parisin İrəvana satdığı silahların müstəqil auditini aparsanız, demək olar ki, onların əksəriyyətinin metal qırıntıları olduğu üzə çıxacaq. Yəni mənəvi və fiziki cəhətdən köhnəlmiş silahlar. Hansılar ki, utilizasiyaya getməlidir. Lakin fransız və erməni siyasətçiləri bütün silahları müasir təchizat kimi göstərməklə, bundan yaxşı pul qazanmaq qərarına gəliblər. Xatırladığımız kimi, həm Makron, həm də Paşinyan hakimiyyətə korrupsiyaya qarşı mübarizə şüarları ilə gəlmişdilər. Lakin korrupsiya onları məğlub etdi - həm Makron, həm də Paşinyan bu gün korrupsiyanın təcəssümüdür. Ona görə də Fransanın Ermənistana verdiyi keyfiyyətsiz silahlar Azərbaycanın təhlükəsizliyi üçün real təhlükə yaratmır”, - o bildirib.

Vitali Arkovun sözlərini "Sherg.az"a   şərh edən  siyasi şərhçi Turan Rzayev bildirib ki, Ermənistanın Qərbdən silah alması Qərbin bu dövlət üzərindən regionda sülh və sağlam əməkdaşlıqların qurulmasına mane olmaq istəyi ilə bağlıdır: 
“Fransa kimi ölkələr təssüflər olsun ki, bölgədə desturiktiv mövqe sərgiləyirlər. Ermənistanda zəif iradəli hakimiyyət olduğu üçün onları rahat təsir dairəsinə sala bilirlər. Rəsmi İrəvanın mövcud hakimiyyəti ilə Rusiya arasındakı münasibətlərin pozulması fonunda Qərb Ermənistanda öz maraqlarını gücləndirmək və Rusiyadan boşalan yeri doldurmaq istəyir. Mülki missiya adı altında Ermənistan ərazilərində fəaliyyət göstərən hərbi kontingentin sayının artırılmağa çalışılmasıda buna hesablanmış addımdır. Qərb tədricən Ermənistanda nəzarəti ələ almağa çalışır”. 

T.Rzayev vurğulayıb ki, Azərbaycan və Fransa arasında xarici siyasətdə baş verən ziddiyyətlər  və kəskin fikir ayrılıqlarının da Ermənistan məsələsində özünü birüzə verir:
“Azərbaycan Ermənistanla  arasındakı məsələni regional formatda həll etmək istəyir. Fransa isə problemi beynəlxalq müstəviyə çıxarıb, həlli yubatmağa çalışır. Buna görədə bu silahlanma konteksində Ermənistanın Qərbdən aldığı dəstək faktiki olaraq onun Azərbaycanda yeni müharibəyə hazırlaşdığını və yaxud müharibəyə sövq etmək cəhdindən irəli gəlir. Təsadüfi deyil ki, Qərb mediasında rəsmilər səviyyəsində də dəfələrlə bildirilir ki, Azərbaycan guya Ermənistana müharibə elan edəcək. Hətta Azərbaycanın onun cənub ərazilərini işğal edəcəyini vurğulayırlar. Amma bunlar heç biri həqiqəti əks etdirmir. Azərbaycanda hazırda ümumiyyətlə hərbi aktivlik müşahidə olunmur. O ki, qaldı Qərbin Ermənistanı Rusiya və İrana qarşı tramplin kimi istifadə etməsinə bu  mümkündür. Yaxın zamanlarda Ermənistanla ABŞ arasında hərbi təlimlər keçirildi. Mülki missiya adı altında Ermənistan ərazilərində fəaliyyət göstərən hərbi kontingentin sayının artırılır.  Bütün bunlar Ermənistanın Rusiya və  İrana qarşı alət rolu oynamasına şərait yaradır. Ermənistanın sözü gedən ölkələrə qarşı gələcəkdə istifadə olunmasına şahidlik edə bilərik”.