Miatsum xülyası: Paşinyan Qərblə Şərqin arasında qalıb

Son zamanlar  ABŞ başda olmaqla Qərbin təlimatları ilə rəsmi İrəvan Kremlə qarşı addımlar atır. Ermənistanla Rusiya arasında olan münasibətlər hər keçən gün daha da gərginləşir. Son zamanlar Rusiyadan gələn mesajlar onu göstərir ki,  bu iki hərbi müttəfiq arasında münasibətlər artıq düşmənçilik həddinə çatıb. Hətta Rusiyada bəzi deputatlar açıq şəkildə Ermənistanın Rusiyanın quberniyası olacağını bildirir. Bütün bunlar Ermənistanın Rusiyanın tərkibinə qatılma  prosesisinin başlanmasından xəbər verir.  Ermənistan mediasında Rusiyanın  Ermənistanı növbəti Ukraynaya çevirəcəyi ilə bağlı xəbərlər artmaqdadır.

Ermənistan mediasında yayılan xəbərləri  "Sherg.az" a  şərh edən analitik jurnalist Kazım Kazımov bildirib ki, 2018'də Qərbə yönəliş və Avropasına daxil olma vəədi ilə iqtidara gələn Nikol Paşinyan əslində beş ildir bu yöndə ciddi bir addım atmayıb:

“Təbii ki bu vəədlərin havada qalmasının bir çox səbəbləri var. Əvvəlcə Paşinyan iqtidara gəldiktən sonra, özünü Qərb yönlü bir lider kimi deyil, sələfləri olan Xocalı qatilləri Koçaryan və Sarkisyan kimi aparmağa başladı. Miatsum xülyasını davam etdirərək, tez tez "Qarabağ Ermənistandır" kimi absurd fikirlər səsləndirdi. Ermənistandakı "Böyük Ermənistan" fikrini dəstəkləyən radikal kəsimlərin dəstəyini qazanmaq üçün Şuşada və Qarabağın digər bölgələrində qızışdırıcı və pafoslu addımlar attı. İqtidardan əvvəlki çıxışlarının 180 dərəcə əksi olaraq Moskva ilə yaxşı münasibətlər qurmağa çalışdı. Bütün bu addımlarına baxmayaraq Azərbaycanın güclü hərbi və diplomatik zərbələri qarşısında dura bilmədi”.
Jurnalist vurğulayıb ki, Paşinyanın Vətən Müharibəsi dövründə Rusiyadan umduğu dəstəyi ala bilməmədiyi üçün Qərbə doğru açıq şəkildə meyl etməyə başladı:
 “ABŞ və Ermənistan ordusunun birgə təlimləri, Fransayla artırılan hərbi əməkdaşlıq, KTMT və MDB iclaslarına qatılmama bunun ən bariz nümunəsidir. İrəvan meryasına keçirilən seçkilər göstərdi ki, Paşinyana siyasi dəstək getdikçə azalır və ümumən seçkilərə maraqsızlıq Ermənistan cəmiyətində apatiyanın olduğunu göstərir. Buna görə Paşinyan Ermənistandaki apatiya halını aşmaq üçün indi Qərb kursunu əsas alıb”. 
K.Kazımzadə Paşinyan nə qədər Qərbə maraqlı olsa da Ermənistanın hələ Rusiyanın təsir dairəsindən çıxmağa hazır olmadığını söyləyib:
 “Əvvəla Ermənistan iqtisadiyatı de fakto Rusiyadan asıldır. Ermənistanda Rusiyanın hərbi bazaları var və Ermənistan ordusunun silah təchizatı da Rusiyadan asılıdır.
Ona görə də Paşinyan Rusiyanı çox qıcıqlandırmadan hərəkət etməyə məcburdur. Əks təqdirdə Saakişvilinin başına gələnlər Paşinyan üçün də qaçınılmazdır”.